24 may 2024-cü il tarixində İcra Hakimiyyətinin
nümayəndəsi Eldəniz Zeynalov və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon
bölməsinin Humanitar yardım şöbəsinin assistenti Günay İbrahimovanın iştirakı
ilə Yeni Klinikada " Hər yaşda sağlam ol" layihəsi çərçivəsində ahıl
şəxslərin kimsəsiz qocaların müayinəsi təşkil olunub.
AzQAC-ın Nizami rayon bölməsində qeydiyyatda olan yaşı 65-dən yuxarı, tibbi dəstəyə
ehtiyacı olan şəxslər Yeni Klinikada Terapiya, Kardiologiya, Nevrologiya,
Fizioterapiya, Oftalmologiya, Travmatologiya şöbəsində müayinə olunaraq
ambulator müalicəyə cəlb olunublar. Hələ də müayinə və müalicələri davam
edir.
Göstərilən dəstəyə görə İcra Hakimiyyətinə və Yeni Klinikaya öz minnətdarlığımızı
bildiririk.